Rusiyada helikopter qəzası - 2 ÖLÜ

Rusiyada helikopter qəzası - 2 ÖLÜ
Rusiyanın Tver vilayətində Robinson-66 helikopteri qəzaya uğrayıb. 
Xarici KİV xəbər verir ki, qəzaya səbəb helikopterin qalxarkən ağaclara çırpılması olub. 
Hadisə noyabrın 27-də gecə saatlarında Vyazovets kəndi yaxınlığında baş verib.
Məlumata görə, təyyarəni Rusiya Federasiyasının idman ustası Aleksandr Kurylev idarə edib. Onun qardaşı da idmançı ilə bərabər həlak olub. 
Gundelik-Baku.Org