Rusiyada hərbi hissədə atışma: 11 ölü, 15 yaralı (YENİLƏNİB)

Rusiyada hərbi hissədə atışma: 11 ölü, 15 yaralı (YENİLƏNİB)
Belqorod vilayətində poliqonda törədilən terror aktı nəticəsində 11 nəfər həlak olub, 15 nəfər yaralanıb. Qərb Hərbi Dairəsinin poliqonunda olan iki terrorçu cavab atəşi ilə məhv edilib, hüquq-mühafizə orqanları hadisə yerində işləyir.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
***23:22
Rusiyanın Belqorod vilayətindəki hərbi hissədə atışma olub. 
Rusiya KİV-ləri xəbər verir ki, atışma nəticəsində ölənlər və yaralılar var.
Hadisəni naməlum şəxslərin törətdiyi deyilir. Baş verənlərlə bağlı başqa təfərrüatlar verilməyib.
Gundelik-Baku.Org