Rusiya öz helikopterini VURDU

Rusiya öz helikopterini VURDU
Rusiyanın hava hücumundan müdafiə sistemi  Rusiya Hava Qüvvələrinə məxsus Ka-52 "Alliqator" helikopterini vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə İdarəsi məlumat dərc edib. 
Hadisə Zaporojye vilayətində baş verib. 
Qeyd olunur ki, hadisə dekabrın əvvəlində baş verib. ZRPK "Pantsir-S1" gecə səmada aşkar edilən obyekti vurub. Hədəf uğurla məhv edilib, lakin sonradan məlum olub ki, helikopter Rusiyanın Ka-52 "Alliqator"u olub. Helikopter heyətinin sağ qaldığı iddia edilir.
Gundelik-Baku.Org