Təyyarə qəzası olan Rusiya vilayətində matəm elan edildi - YENİLƏNİB

Təyyarə qəzası olan Rusiya vilayətində matəm elan edildi - YENİLƏNİB
Rusiyanın Nenets Muxtar Dairəsində Karatayka kəndi yaxınlığında "An-2" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə yanvarın 10-u matəm günü elan edilib. 
Bu barədə Rusiya vilayətinin qubernatoru Yuri Bezdudnı məlumat verib.
Qeyd edək ki, yanvarın 9-da Rusiya vilayətində  "An-2" təyyarəsinin qəzaya uğraması nəticəsində iki ekipaj üzvü və on sərnişin olub. Son məlumatlara görə, qəza nəticəsində iki nəfər ölüb, on nəfər yaralanıb. 
Təyyarənin sərt enişi ilə əlaqədar təyyarənin qəzaya uğradığı Nenets Muxtar Dairəsinin Zapolyarnı vilayətinin hakimiyyət orqanları fövqəladə rejim tətbiq edib.

xxx
09.01.2023 / 17:45
Rusiyanın Nenets Muxtar Dairəsində göyərtəsində sərnişinlərin olduğu "An-2" təyyarəsi qəzaya uğrayıb.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisəyə səbəb əlverişsiz hava şəraiti, o cümlədən buzlaşma olub.
Qəza nəticəsində 2 nəfər ölüb.
Məlumata görə, təyyarədə 2-si ekipaj üzvü olmaqla ümumilikdə 12 nəfər olub.
Təyyarə sərt eniş edib.
Gundelik-Baku.Org