Ermənistanda hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var

Ermənistanda hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var
Ermənistanda “Kamaz” markalı hərbi avtomobil qəzaya düşüb.
Erməni KİV xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb.
Bildirilir ki, qəza nəticəsində 2000-ci il təvəllüdlü hərbçi Qriqor Qriqoryan ölüb, daha 7 hərbçi isə yaralanıb. 
Qəzanın baş vermə səbəbləri araşdırılır.
Gundelik-Baku.Org