Türkiyədə tələbə avtobusu qəzaya uğradı - 16 yaralı

Türkiyədə tələbə avtobusu qəzaya uğradı - 16 yaralı
Türkiyənin Çorum bölgəsində tələbə avtobusu qəzaya uğrayıb. 
CNN xəbər verir ki, Sungurlu rayonunda baş verən qəza nəticəsində 15-i azyaşlı olmaqla 16 nəfər xəsarət alıb.
Məlumata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib. Nəticədə tələbə avtobusu idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. 
Qəzadan sonra hadisə yerinə çox sayda sağlamlıq qrupu cəlb olunub. 
Hadisə ilə bağlı araşdırma başladılıb. 
Gundelik-Baku.Org