Səudiyyə Ərəbistanında qırıcı təyyarə qəzaya uğradı

Səudiyyə Ərəbistanında qırıcı təyyarə qəzaya uğradı
Səudiyyə Ərəbistanının Kral Hava Qüvvələrinə məxsus olan F-16S qırıcı təyyarəsi təlim uçuşları zamanı Kral Əbdüləziz Hərbi Bazası yaxınlığında qəzaya uğrayıb.
Bu barədə krallığın Müdafiə Nazirliyinin sözçüsü general Turli Al Malki məlumat verib.
O bildirib ki, təyyarənin iki zabitdən ibarət olan ekipajı tullayıcı oturacaqların işə düşməsi nəticəsində sağ qalıb.
Nazirliyin sözçüsü qeyd edib ki, qəzanın səbəblərinin müəyyən etmək məqsədilə təhqiqat aparılır.
Gundelik-Baku.Org