İranda zəlzələdə yaralananların sayı 500-ü keçdi YENİLƏNİB

İranda zəlzələdə yaralananların sayı 500-ü keçdi YENİLƏNİB
İranın Qərbi Azərbaycan əyalətində baş vermiş zəlzələdə xəsarət alanların sayı 530 nəfərə çatıb.
Bu barədə İran KİV-ləri məlumat yayıb. 
***11:42
İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində baş verən zəlzələdə yaralananların sayı 400-ə yaxınlaşır.
Zəlzələ nəticəsində 390 nəfər yaralanıb.
***10:19
İranın Qərbi Azərbaycan vilayətində yerləşən Xoy şəhərində baş verən zəlzələdə çoxlu sayda yaralı var.
Zəlzələ nəticəsində 280 nəfər yaralanıb, 200 evə ziyan dəyib.
Qeyd edək ki, oktyabrın 5-də yerli vaxtla saat 04:21-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,9 maqnitudalı zəlzələ olub. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.
Gundelik-Baku.Org