İjevskdə məktəbdəki atışmada ölənlərin sayı 15-ə çatıb, onlardan 11-i uşaqdır - VİDEO - YENİLƏNİB-4

İjevskdə məktəbdəki atışmada ölənlərin sayı 15-ə çatıb, onlardan 11-i uşaqdır - VİDEO - YENİLƏNİB-4
İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 11-i uşaq olmaqla 15 nəfərə çatıb, 22 uşaq və 2 böyük olmaqla 24 nəfər xəsarət alıb.
***14.13
Rusiyanın İjevsk şəhərindəki məktəbdə baş vermiş atışmada ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Eyni zamanda 14-ü uşaq olmaqla daha 21 nəfər də yaralanıb.
Silahlı atışma ilə əlaqədar regionda matəm elan edilib.
***12:47
Rusiyanın İjevsk şəhərinin Puşkinskaya küçəsindəki məktəbdə baş verən silahlı atışmada ölənlərin sayı 9-a çatıb.
Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb.
Son məlumata görə, İjevskdə məktəbdə atışma nəticəsində 9 nəfər - 2 mühafizəçi, 2 müəllim və 5 məktəbli həlak olub, yaralananlar var.
***12:36
Rusiyanın İjevsk şəhərinin Puşkinskaya küçəsində yerləşən 88 saylı məktəbdə atışma olub.
Atışma nəticəsində azı on nəfər yaralanıb, üçü uşaq və bir mühafizəçi də daxil olmaqla altı nəfər həlak olub.
Zərərçəkənlər güllə yarası alıb. Bir məktəbli isə bıçaqlanıb.
Artıq təhsil ocağının rəhbərliyi atışma ilə bağlı məlumatı təsdiqləyib. Məktəb direktoru yaralı yeniyetmə ilə kabinetdə gizlənməyə müvəffəq olub.







Gundelik-Baku.Org