Kanadada 4,9 bal gücündə zəlzələ oldu

Kanadada 4,9 bal gücündə zəlzələ oldu
Kanadanın Yukon arktik bölgəsində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Kanada Dövlət Zəlzələ İzləmə Xidməti bildirib.
Məlumata əsasən, təbii fəlakətin episentri 10 km dərinlikdə, ocağı isə Kino qəsəbəsindən 74 km şimalda yerləşib.
Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.
Gundelik-Baku.Org