Naxçıvanda 5 bal gücündə zəlzələ olub - YENİLƏNİB

Naxçıvanda 5 bal gücündə zəlzələ olub - YENİLƏNİB
Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. 
Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.
***08:51
İranın qərbində yerləşən Xoy şəhərində 5,6 bal gücündə zəlzələ baş verib.
Fövqəladə Hallar və Fövqəladə Halların İdarə Olunması Rəyasət Heyətinin (AFAD) saytında yer alan məlumata görə, episentri Xoy şəhərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin təxminən 7 kilometr dərinlikdə olduğu müəyyən edilərkən, sosial mediada zəlzələnin Van və Hakkaridə də hiss olunduğu bildirilib.
Gundelik-Baku.Org