Urmiyada məktəbli qız hicabını açdığı üçün vəhşicəsinə döyüldü - FOTO

Urmiyada məktəbli qız hicabını açdığı üçün vəhşicəsinə döyüldü - FOTO
İranın Urmiya şəhərində məktəbli qız hicabını açdığına görə ağır şəkildə döyülüb və huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Hökumət qüvvələri məktəblinin ailəsinə təzyiq edərək məsələni ictimailəşdirməməyi, qızın guya xəstə olduğunu demələrini tələb ediblər.
İran mediası hadisənin əks-inqilabçılar tərəfindən şişirdildiyini, şagirdin baş ağrısı səbəbindən özündən getdiyini və xəstəxanada müalicə olunduğunu iddia edir.
Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsinin yaydığı açıqlamada isə yeniyetmənin baş gicəllənməsinə görə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Qeyd edək ki, Məhsa Əmini İranın əxlaq polisi tərəfindən döyülərək komaya düşdüyü zaman da İran rəsmiləri oxşar iddialar səsləndirmişdilər.
Belə ki, rəsmilər onun xəstə olduğu üçün xəstəxanaya yerləşdirildiyini, Məhsaya qarşı zorakılıq edilmədiyini iddia edirdilər.








Gundelik-Baku.Org