Kabildəki partlayışda 32 nəfər öldü - YENİLƏNİB

Kabildəki partlayışda 32 nəfər öldü - YENİLƏNİB
Əfqanıstanın paytaxtı Kabildəki partlayış nəticəsində ölənlərin sayı 32-ə çatıb.
"TRT HABER" xəbər verir ki, hadisə nəticəsində daha 40 nəfər isə yaralanıb. 
“Taliban” hökumətindən bildirilib ki, partlayışı terrorçu-kamikadze törədib.
***09:23
Əfqanıstanın paytaxtı Kabildə təhsil müəssisəsində partlayış baş verib.
Xarici KİV xəbər verir ki, bu barədə Kabil polisinin sözçüsü Xalid Zadran məlumat yayıb. 
Onun sözlərinə görə, ölən və yaralananlar barəsində hələlik məlumat yoxdur.  
Əraziyə  polis və  təcili yardım briqadası cəlb olunub. 
Gundelik-Baku.Org