İranda iğtişaşlar davam edir - 185 ÖLÜ (YENİLƏNİB)

İranda iğtişaşlar davam edir - 185 ÖLÜ (YENİLƏNİB)
İranda gənc qadının ölümündən sonra başlayan iğtişaşlar hakimiyyətin təzyiqlərinə baxmayaraq bazar günü də davam edib, 
"Reuters" xəbər verir ki, insan haqları təşkilatlarının məlumatına görə, nümayişlər zamanı uşaqlar da daxil olmaqla ən azı 185 nəfər həlak olub.
Sentyabrın 17-də kürdlərin yaşadığı Saqez şəhərində 22 yaşlı Məhsa Əmininin dəfn mərasimində başlayan hökumət əleyhinə etirazlar İranın ruhani liderləri üçün son illərdəki ən böyük iğtişaşlara çevrildi.
"İranda ümummilli etirazlar zamanı azı 19 uşaq olmaqla ən azı 185 nəfər həlak olub. Ən çox qətl hadisəsi Sistan və Bəlucistan əyalətində baş verib", - deyə Norveçdə yerləşən İran İnsan Haqlarını Müdafiə Qrupu bildirib.
Sosial mediada paylaşılan videolarda təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qazdan, dəyənəklərdən və bir çox hallarda həqiqi güllələrdən istifadə etməsinə baxmayaraq, İranın onlarla şəhərində bu gün səhər tezdən yüzlərlə məktəbli qız və universitet tələbəsinin iştirak etdiyi etirazlar nümayiş etdirilib.
İran rəsmiləri real güllələrdən istifadə edildiyini təkzib ediblər.
xxx
15:10
Ötən gün İranın müxtəlif şəhərlərində, o cümlədən Tehran və Sənəndəcdə baş verən iğtişaşlarda ölən və yaralananlar olub.
Ötən gecə Tehranda baş verən iğtişaşlarda Salman Əmirəhmədi adlı bəsici (könüllü) həyatını itirib.
Kürdüstan əyalət polisinin məlumatına görə, ötən gecə Sənəndəc şəhərindəki iğtişaşlarda bir vətəndaş qətlə yetirilib.
Gundelik-Baku.Org