Livanda vəbaya yoluxanların sayı 26-ya çatıb, bir nəfər ölüb

Livanda vəbaya yoluxanların sayı 26-ya çatıb, bir nəfər ölüb
Livanda vəba vibrionuna yoluxma hallarının sayı bir gündə 8 nəfər artaraq 26-ya çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Həmçinin oktyabrın 12-də ilk ölüm halı qeydə alınıb. Livanın şimalında yoluxmuş xəstələrdən biri dünyasını dəyişib.

"Vəbanın yayılması ilə mübarizə üçün səlahiyyətli orqanlar tərəfindən görülən bütün tədbirlərə baxmayaraq, yoluxma hallarının sayı hər gün artır”, - məlumatda vurğulanıb.

Həkimlər Həmkarlar İttifaqının rəhbəri Yusif Bəhhaş bildirib ki, vəba Livana Suriyadan gəlib və burada onun kütləvi yayılması müşahidə olunur. Onun fikrincə, virusu ölkəyə gətirən qaçqınlar olub.
Gundelik-Baku.Org