Rusiya Ukraynanı bombaladı: 5 dinc sakin öldü

Rusiya Ukraynanı bombaladı: 5 dinc sakin öldü
Ötən sutka ərzində Rusiya ordusu Ukraynada daha 5 dinc sakini öldürüb, 14 nəfəri isə yaralayıb.
Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kirilo Timoşenko "Telegram" kanalında paylaşım edib.
"Rusiya Federasiyası Silahlı Qüvvələrinin aqressiv hücumları nəticəsində Donetsk vilayətində 5 nəfər ölüb, 6 nəfər yaralanıb, Zaporojye vilayətində isə 4 nəfər yaralanıb. Xarkov və Xerson vilayətlərindəndə də yaralananlar olub. Belə ki, Xarkovda 3, Xersonda isə 1 nəfər yaralanıb", - deyə Timoşenko vurğulayıb.
Gundelik-Baku.Org