İranda zəlzələ nəticəsində xəsarət alanların sayı açıqlandı

İranda zəlzələ nəticəsində xəsarət alanların sayı açıqlandı
İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində dünən səhər saatlarında baş verən 5,6 bal gücündə zəlzələdə 1127 nəfər xəsarət alıb.
Bunu İran dövlət televiziyasına danışan Təcili Yardım Agentliyinin sözçüsü Müctəba Xalidi deyib.  
Halidi bildirib ki, 116 yaralıdan 111-i Xoyda, 5-i Selmasda müalicə olunub, 71 nəfər əməliyyat olunub, 1 nəfər isə reanimasiyadadır.
Gundelik-Baku.Org