"Rusiya NATO-nun bu planlarından xəbərdardır" - Şoyqu

"Rusiya NATO-nun bu planlarından xəbərdardır" - Şoyqu
"Rusiya Kiyevin “çirkli bomba” və NATO nüvə silahlarının Ukraynada yerləşdirilməsi planlarından xəbərdardır".
Bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya-Belarus birgə idarə heyətinin iclasında deyib.  
"Biz Kiyevin “çirkli” nüvə bombası yaratmaq cəhdlərindən, habelə onun ərazisində NATO nüvə silahlarını yerləşdirməyə hazırlığından xəbərdarıq. Bu yaxınlarda Ukrayna prezidenti Qərb ölkələrini Rusiyaya qarşı qabaqlayıcı nüvə zərbələri endirməyə çağırıb", - Şoyqu bildirib. 
Gundelik-Baku.Org