Ərdoğan: “Taxıl dəhlizi” fəaliyyətini yenidən bərpa edir

Ərdoğan: “Taxıl dəhlizi” fəaliyyətini yenidən bərpa edir
“Taxıl dəhlizi” fəaliyyətini yenidən bərpa edəcək“.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Onun sözlərinə görə, Rusiya müdafiə naziri Sergey Şoyqu ilə türkiyəli həmkarı Hulusi Akar arasında danışıqlardan sonra bu barədə razılıq əldə olunub.
“Yeni sevindirici xəbər Rusiya müdafiə naziri Şoyqunun milli müdafiə nazirimiz Akarla əlaqə saxlaması və bu gün saat 12:00-dan etibarən taxıl daşımalarının davam edəcəyini bildirməsidir”, - deyə Türkiyə lideri bildirib. 
Xatırladaq ki, Türkiyənin təşəbbüsü ilə Akar və Şoyqu 31 oktyabr və 1 noyabr tarixlərində telefonla taxıl sazişini müzakirə ediblər. Söhbət zamanı Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişlərin icrasının Rusiya tərəfindən dayandırılması müzakirə olunub.
Mənbə: Haber Global
Gundelik-Baku.Org