"Nüvə təhlükəsinə qarşı hazırlaşırıq" - Aİ

"Nüvə təhlükəsinə qarşı hazırlaşırıq" - Aİ
Avropa İttifaqı (Aİ) ölkələri daim nüvə silahından istifadə təhlükəsi ilə bağlı istənilən vəziyyətə, o cümlədən Ukrayna ətrafındakı vəziyyətə hazırlaşır. 
Xarici KİV xəbər verir ki, bu barədə Avropa Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi Piter Stano deyib. 
"Diplomatiya rəhbəri Aİ-nin hər zaman dəyişməmiş mövqeyini təkrarladı ki, belə bir vəziyyət yaranarsa nəticələrin ən ciddisi olacaq. Bunu artıq dəfələrlə Aİ, NATO nümayəndələri və digər nümayəndələr deyib... Biz Aİ və üzv dövlətlər olaraq istənilən gözlənilməz hallara hazırlaşırıq", - Stano bildirib.
Gundelik-Baku.Org