Finlandiyanın NATO-ya üzvlüyü haqqında qanun layihəsi nüvə silahının yerləşdirilməsini istisna etmir

Finlandiyanın NATO-ya üzvlüyü haqqında qanun layihəsi nüvə silahının yerləşdirilməsini istisna etmir
Finlandiyanın NATO-ya üzvlüyü haqqında respublika hökuməti tərəfindən hazırlanmış qanun layihəsi onun ərazisində nüvə silahının yerləşdirilməsini istisna etmir.
Bu barədə ölkənin xarici siyasət və təhlükəsizlik sahəsindəki mənbədən bildirilib.
Məlumata görə, Suominin Alyansa daxil olması ilə bağlı sənəd praktiki olaraq hazırdır, iki həftə ərzində müzakirə və məsləhətləşmələrə təqdim olunacaq. Onun hazırlanmasında Xarici İşlər, Daxili İşlər və Müdafiə nazirlikləri, o cümlədən Prezident Aparatı iştirak edir. Qanun layihəsi NATO-nun hərbi bazalarının və hərbi kontingentlərinin yerləşdirilməsinə qadağa qoymur.
“Finlandiyanın müdafiəsini əslində çətinləşdirə biləcək məhdudiyyətlərin tətbiqi axmaqlıq olardı”, - deyə mənbədən bildirilib.
Onun sözlərinə görə, nüvə silahları, məsələn, “F-35” qırıcılarına yerləşdirilə bilər. Helsinki daha əvvəl bu təyyarələrdən 64 ədəd sifariş edib. Onlar 2030-cu ilə kimi istifadəyə veriləcək.
İyulun əvvəlində Finlandiya və İsveçin xarici işlər nazirləri, eləcə də Şimali Atlantika Alyansına üzv olan 30 ölkənin səfirləri blokun mənzil-qərargahında keçirilən rəsmi mərasimdə bu iki dövlətin NATO-ya qəbulu ilə bağlı protokollar imzalayıblar. Sənədlər Alyansın bütün ölkələri tərəfindən ratifikasiya edildikdən sonra Helsinki və Stokholm NATO-ya daxil olacaq.
Mənbə: İltalehti
Gundelik-Baku.Org