"Polşaya düşən raketə görə Rusiya məsuliyyət daşıyır" - NATO

"Polşaya düşən raketə görə Rusiya məsuliyyət daşıyır" - NATO
Rusiya Polşa ərazisinə düşən raketlə bağlı insidentə görə məsuliyyət daşıyır.
Bunu NATO nun baş katibi Yens Stoltenberq deyib. 
Baş katib qeyd edib ki, vəziyyətin ilkin təhlili göstərir ki, insident Rusiya raketlərinin hücumunu dəf edən Ukrayna hava hücumundan müdafiə qüvvələrinin işi nəticəsində baş verib: "Ancaq açıq deyim: bu, Ukraynanın günahı deyil. Rusiya mütləq məsuliyyət daşıyır", - deyə o əlavə edib.
Gundelik-Baku.Org