"Son bir ayda Ukrayna ordusu 8 300 əsgərini itirib" - Şoyqu

"Son bir ayda Ukrayna ordusu 8 300 əsgərini itirib" - Şoyqu
Noyabrda Ukrayna Silahlı Qüvvələrinin itkiləri 8,3 mindən çox hərbi qulluqçu və 460-dan çox texnika təşkil edib.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.  
"Noyabrda düşmənin itkiləri 8300-dən çox hərbi qulluqçu, 5 təyyarə, 10 helikopter, 149 tank və 300-dən çox zirehli döyüş maşını təşkil edib", - Şoyqu vurğulayıb. 
Onun sözlərinə görə,  Luqansk-Donetsk və Cənubi-Donetsk istiqamətlərində Ukrayna silahlı qüvvələrinin canlı qüvvəsi və texnikasına ciddi ziyan dəyib. 
Gundelik-Baku.Org