Akar Şoyqu ilə bunu müzakirə edəcək

Akar Şoyqu ilə bunu müzakirə edəcək
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bu axşam rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonla  danışacaq. 
Bu barədə MN rəhbəri açıqlayıb. 
Tərəflər taxıl dəhlizi ilə bağlı son hadisələrdən sonra müzakirə etməyi planlaşdırıb: "Belə bir halda gəmilərin yola düşməsi gecikəcək və limanlarda yığılma olacaq. Ehtiyacı olanlar onsuz da təcili taxıl gözləyirdilər. Belə olan halda bəla daha da artacaq". 
O, problemin həllinin vacibliyini vurğulayıb: "Ukrayna rəsmiləri ilə də görüşürük, axşam saatlarında Rusiyanın müdafiə naziri cənab Şoyqu ilə də görüşəcəyik. Biz həmişə sülh, barışıq və işin normal gedişindən yanayıq. Biz işimizi davam etdiririk". 
Gundelik-Baku.Org