Şoyqu hindistanlı həmkarına zəng etdi

Şoyqu hindistanlı həmkarına zəng etdi
Rusiyanın müdafiə naziri Sergey Şoyqu hindistanlı həmkarı Racnaz Sinq ilə telefonla danışıqlar aparıb. 
Bu barədə oktyabrın 26-da Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İki ölkənin müdafiə nazirliklərinin nümayəndələri Ukraynadakı vəziyyəti müzakirə ediblər.
"Ordu generalı Sergey Şoyqu hindistanlı həmkarına Ukraynanın çirkli bombadan istifadə etməklə mümkün təxribatları ilə bağlı narahatlığını çatdırıb", - Rusiya Hərbi Departamenti bildirib.
Gundelik-Baku.Org