Zelenski Putinin nüvə hədəsi ilə bağlı danışdı: "Blef etdiyini düşünmürəm"

Zelenski Putinin nüvə hədəsi ilə bağlı danışdı: "Blef etdiyini düşünmürəm"
Ukrayna prezidenti Volodimir Zelenski dünən Vladimir Putinin nüvə silahı təhdidindən danışıb.

Xarici medianın məlumatına görə, Zelenski, "Putinin blef etdiyini düşünmürəm. Bəlkə dünən blef idi. İndi real ola bilər" ifadəsini işlətərək sözlərini belə davam etdirib:
“Putin bütün dünyanı qorxutmaq istəyir. Bunlar nüvə şantajının ilk addımlarıdır... Biz Putinə təzyiq göstərməyə davam etməliyik və onun davam etməsinə imkan verməməliyik”.
Gundelik-Baku.Org