Çin ilk dəfə olaraq Rusiyanın işğalını PİSLƏDİ

Çin ilk dəfə olaraq Rusiyanın işğalını PİSLƏDİ
Şərqi Asiya Ölkələri Assosiasiyasının Kambocada keçirilən sammiti zamanı Çinin baş naziri Li Keqiang nüvə silahından istifadə ilə bağlı təhdidlərin “məsuliyyətsizliyini” vurğulayaraq, Pekinin strateji tərəfdaşı Rusiyanın nüvə ritorikasından narazı olduğunu açıq şəkildə ifadə edib.
Bu barədə "Reuters" yüksək rütbəli amerikalı məmur məlumat yayıb.
Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi agentliyə: "Li Keqiang suverenliyə, nüvə təhdidlərinin məsuliyyətsizliyinə, bəzilərinin dediyi kimi nüvə silahından istifadə edilməməsinin təmin edilməsinin vacibliyinə açıq şəkildə vurğuladı", - deyib. 
Qərb Rusiyanı Ukraynaya təcavüzündən sonra nüvə silahından mümkün istifadə ilə bağlı məsuliyyətsiz bəyanatlar verməkdə ittiham edib. Moskva da öz növbəsində Qərbi “təxribatçı nüvə ritorikasında” ittiham edib.
ABŞ rəsmisi Moskvanın rəsmi olaraq Çinin tərəfdaşı olmasına baxmayaraq, "Rusiyanın ehtiyatsız ritorikası və fəaliyyəti baxımından gördüklərimizlə bağlı Pekində şübhəsiz ki, müəyyən narahatlıq olduğunu" söyləyib. 
“Məncə, şübhəsiz ki, Çin Rusiyanın hərbi əməliyyatının gedişindən həm təəccüblənir, həm də bir qədər utanır”, - deyə rəsmi bildirib.
Qeyd edək ki,  ABŞ prezidenti Co Bayden Şərqi Asiya Sammiti çərçivəsində Çin sədri Si Cinpinlə görüşəcək. 
Sammitdə Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edir.
Gundelik-Baku.Org