Ukraynada nüvə fəlakətinə hazırlıq: Əhaliyə yod həbləri paylanır

Ukraynada nüvə fəlakətinə hazırlıq: Əhaliyə yod həbləri paylanır
Keçən həftə Rusiya lideri Putinin nüvə təhlükəsi bəyanatından sonra Ukrayna hakimiyyəti nüvə fəlakətinə hazırlıq məqsədilə xalqa yod həbləri paylamağa başlayıb. 
Putinin bu bəyanatlarına dünyanın hər yerindən reaksiyalar artsa da, nüvə fəlakəti qorxusu hakimiyyəti sövq edib.
Belə ki, paytaxt Kiyevdə Rusiyanın mümkün nüvə hücumuna hazırlıq məqsədilə evakuasiya mərkəzlərinə kalium yod həbləri paylanmağa başlayıb.
Kalium yod həblərinin nüvə radiasiyasına məruz qalmadan dərhal əvvəl və ya dərhal sonra qəbul edildiyi təqdirdə, tiroid bezi tərəfindən zərərli radiasiyanın udulmasının qarşısını almağa kömək etdiyi bilinir.
Kiyev şəhər şurasının bəyanatında deyilir ki, evakuasiyaya ehtiyac yaranarsa, həblər nüvə radiasiyasından zərər çəkmiş rayon sakinlərinə paylanacaq.
Məlumata görə, Rusiya ordusunun Ukraynadakı son məğlubiyyətləri Putinin Ukraynanı ram etmək üçün dağıdıcı nüvə zərbəsinə əl atacağı ilə bağlı qorxuları artırıb.
Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsindən və Zaporojya Atom Elektrik Stansiyasını ələ keçirdikdən sonra baş verə biləcək nüvə fəlakəti ilə əlaqədar Ukraynaya 5,5 milyon kalium yodid həb göndərdiyini açıqlayıb.
Gundelik-Baku.Org