Gürcüstan ordusunda xidmət edən azərbaycanlı hərbçi ÖLÜ TAPILDI

Gürcüstan ordusunda xidmət edən azərbaycanlı hərbçi ÖLÜ TAPILDI
Gürcüstan ordusunun azərbaycanlı hərbçisi Yusif Nəsibov odlu silahdan açılmış atəş nəticəsində həlak olub.
Gürcü KİV-ləri xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
"İyunun 8-də Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi Müdafiə Qüvvələrinin hərbi hissələrindən birinin sıravi əsgəri Yusif Nəsibovun (2005-ci il təvəllüdlü) ölümü ilə bağlı araşdırmalara başlayıb. Adıçəkilən hərbi qulluqçunun üzərində dirək silahı taxılmış, gecə-gündüz növbətçilik həyata keçirilib. Silah səsi ilə əlaqədar postda yoxlama aparılıb və Y.Nəsibovun meyiti aşkar edilib", - məlumatda deyilir. 
İlkin məlumata görə, mərhum çənəsindən güllə yarası alıb və hadisə yerində ölüb.
Hazırda faktla bağlı Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən araşdırmalar davam etdirilir.
Gundelik-Baku.Org