Türkiyədən Gürcüstana qanunsuz dərman keçirmək istəyən azərbaycanlı yeddi ilə qədər həbs oluna bilər

Türkiyədən Gürcüstana qanunsuz dərman keçirmək istəyən azərbaycanlı yeddi ilə qədər həbs oluna bilər
Gürcüstan gömrükçüləri Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” keçid məntəqəsi vasitəsilə ölkəyə bəyan edilməmiş dərman preparatları və qızıl məmulatların gətirilməsi faktının qarşısını alıblar.
Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti bildirib.
Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Gürcüstan və Azərbaycan vətəndaşları saxlanılıblar.
Azərbaycan vətəndaşı gömrük nəzarətindən gizli şəkildə Türkiyədən Gürcüstana 15 762 lari (5,7 min dollar) dəyərində 12 adda dərman preparatı, Gürcüstan vətəndaşı isə 56 min lari (20,2 min dollar) dəyərində qızıl-zinət əşyaları keçirmək istəyib.
Təqsirləndirilən şəxsləri beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Mənbə: Sputnik Gürcüstan
Gundelik-Baku.Org