Gürcüstan XİN Lukaşenkoya xəbərdarlıq ETDİ

Gürcüstan XİN Lukaşenkoya xəbərdarlıq ETDİ
Gürcüstan Xarici İşlər Nazirliyi Minskdə Belarus lideri Aleksandr Lukaşenko ilə Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniyanın görüşünü pisləyib.
Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Bu hərəkət Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü kobud şəkildə pozur və Rusiyanın işğal rejimini qanuniləşdirməyə cəhddir", - Gürcüstan XİN-in bəyanatında deyilir.
Departament Belarusu “Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, beynəlxalq hüququn fundamental prinsip və normalarına zidd olan bu cür hərəkətləri dayandırmağa” çağırıb.
Gundelik-Baku.Org