Gürcüstanda keçmiş hərbçi 5 nəfəri güllələdi

Gürcüstanda keçmiş hərbçi 5 nəfəri güllələdi
Ötən gecə Gürcüstanın şərqindəki Saqareco şəhərində keçmiş hərbçi yaşadığı evin eyvanından küçədəki insanlara atəş açıb.
Bu barədə Gürcüstan DİN-in verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub.  
"4 sakin və köməyə gələn bir polis həlak olub. Daha 5 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Xüsusi təyinatlılar hadisə yerinə gələndə atəş açan şəxs intihar etmişdi", - məlumatda deyilir. 
Atəş açan şəxsin 49 yaşlı Nodar Atuaşvili olduğu üzə çıxıb. O, 15 il Gürcüstan Müdafiə Qüvvələrində xidmət edib. 
Cinayətin təfərrüatları məlum deyil. 
Gundelik-Baku.Org