Ermənistanda əsgər güllə yarasından öldü - YENİLƏNİB

Ermənistanda əsgər güllə yarasından öldü - YENİLƏNİB
Ermənistanda naməlum şəraitdə yaralanan hərbçi ölüb. 
Bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlayıb. 
Məlumata görə, fevralın 19-da N saylı hərbi hissənin sıravi əsgəri Hayk Aramoviç Petrosyan hələ aydınlaşdırılmayan şəraitdə aldığı ölümcül güllə yarasından ölüb.
***19.02.2023 / 22:15
Ermənistan Silahlı Qüvvələrinin əsgəri Ayk Aramoviç Petrosyan naməlum şəraitdə ölümcül yaralanıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hadisə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin mühafizə zolağında baş verib.
Hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Qeyd edək ki, yanvarın 30-da da Ermənistanın Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri güllə yarası alıb.
Gundelik-Baku.Org