Ermənistanda əsgər yoldaşını öldürən hərbçi həbs edildi

Ermənistanda əsgər yoldaşını öldürən hərbçi həbs edildi
Ermənistanda müddətli həqiqi hərbi xidmət qulluqçusu Misak Petrosyanı öldürən hərbçi yoldaşı  həbs edilib. 
Erməni KİV xəbər verir ki, bu  barədə Ermənistanda İstintaq Komitəsinin mətbuat xidməti  məlumat yayıb. 
Bildirilir ki, oktaybrın 29-da hərbçi yoldaşının açdığı atəş nəticəsində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin çağırışçı əsgəri Misak Petrosyan güllə yarası  alıb. 
Ermənistanda İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin Doqquzuncu Qarnizon İstintaq İdarəsində ehtiyatda olan hərbçinin əsgər yoldaşının öldürülməsi faktı üzrə başlanmış cinayət işi üzrə ibtidai istintaq davam edir. Əldə edilmiş kifayət qədər sübutlar birləşdirilərək ehtiyatda olan sıravi barəsində həbs qətimkan tədbiri seçilib.
Gundelik-Baku.Org