Erməni əsgəri hərbçi yoldaşı güllələyibmiş - YENİLƏNİB

Erməni əsgəri hərbçi yoldaşı güllələyibmiş - YENİLƏNİB
Ermənistanda başından güllə yarası alan əsgəri hərbçi yoldaşı vurubmuş. 
Bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi məlumat yayıb. 
Məlumata görə, çağırışçı A. A. ona təhkim olunmuş "AK-74" avtomatı boşaldarkən atəş açması nəticəsində onunla eyni mövqedə xidmət edən əsgər Ə. A-nı başından ölümcül yaralayıb. 
Məhkəmə-tibbi ekspertizasının rəyindən sonra hərbi qarovul məntəqəsinin döyüş mövqeyi komandirinin köməkçisi, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu həbs edilib.

xxx
00:48
Ermənistan ordusunun hərbi qulluqçusu ağır güllə yarası alıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, hadisə silahdan istifadə qaydalarının pozulması nəticəsində baş verib. Yaralı hərbçinin vəziyyəti son dərəcə ağır qiymətləndirilir.
Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması üçün araşdırma aparılır.
Gundelik-Baku.Org