Gürcüstan və Azərbaycan etibarlı və yaxın tərəfdaşlardır - Baş nazir

Gürcüstan və Azərbaycan etibarlı və yaxın tərəfdaşlardır - Baş nazir
“Azərbaycan və Gürcüstan arasında güclü, sınaqdan çıxmış münasibətlər var”.
Bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunda “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasda deyib.
Baş nazir Qaribaşvili bildirib ki, Gürcüstan və Azərbaycan etibarlı və yaxın tərəfdaşlardır.
“Biz Azərbaycanla genişmiqyaslı, əhəmiyyətli layihələr həyata keçirmişik və bu, davam edir”, - Qaribaşvili əlavə edib.
Gundelik-Baku.Org