Rusiyada hərbi aerodromda partlayış - 3 hərbçi öldü (YENİLƏNİB)

Rusiyada hərbi aerodromda partlayış - 3 hərbçi öldü (YENİLƏNİB)
Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) Rusiyanın Saratov yaxınlığındakı “Engels” Hərbi Hava Bazasına yaxınlaşarkən vurulub.
Bu  barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 
Bildirilir ki,hadisə nəticəsində 3 rus əsgəri həlak olub.
***09:00
Rusiyada Saratov yaxınlığındakı "Engels" hərbi aerodromda partlayış səsləri eşidilib.
Bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.
""Engels" aerodromunda  həyəcan səsi eşidilir. Ondan əvvəl iki böyük partlayış səsləri eşidildi",- mesajda deyilir.
Məlumata görə, Rusiyanın Ukraynaya bütün kütləvi raket hücumları məhz bu aerodromdan həyata keçirilir. Burada Rusiyanın strateji aviasiyası - Tu-95 və Tu-160 bombardmançıları saxlanılır.



Gundelik-Baku.Org