Naftalanda 64 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində ölüb

Naftalanda 64 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində ölüb
Naftalan şəhər sakini aldığı güllə yarasından dünyasını dəyişib.
“Report” xəbər verir ki, hadisə şəhərdəki mənzillərin birində baş verib.
1959-cu il təvəllüdlü Firuz Qocayev odlu silahdan açılan atəş nəticəsində güllə yarası alıb və yerindəcə vəfa edib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Gundelik-Baku.Org