Yaponiya və ABŞ birgə hərbi təlimlər keçirəcək

Yaponiya və ABŞ birgə hərbi təlimlər keçirəcək
Yaponiya və ABŞ noyabrın 10-dan birgə hərbi təlimlər keçirəcək.
Bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İti qılınc” adlanan təlimlər Yaponiyada iki ildən bir keçirilir. Noyabrın 19-dək davam edəcək builki təlimə Yaponiya özünümüdafiə qüvvələrinin və ABŞ ordusunun 36 minə yaxın hərbi qulluqçusu, 30 gəmisi və 370 təyyarəsi cəlb olunacaq.
“Yaponiya və ABŞ-ın güclü iradəsini və koordinasiyasını nümayiş etdirməklə biz Yaponiyanın müdafiəsinə, regionda sülh və təhlükəsizliyin qorunmasına töhfə verməyə çalışırıq”, - deyə Yaponiyanın müdafiə naziri Yasukazu Hamada jurnalistlərə bildirib.
Nazirlik qeyd edib ki, Kanada iki, Avstraliya və Böyük Britaniya isə hərəyə bir döyüş gəmisi göndərəcək.
Sahə təlimlərinin keçirildiyi yerlərə Yaponiyanın cənub-qərb adaları, o cümlədən Taypeyə Tokiodan daha yaxın olan Tokunosima daxildir.
Gundelik-Baku.Org