ABŞ Cənubi Koreyada keçirilən hərbi təlimlərdə “B-1B”lərdən istifadə edəcək

ABŞ Cənubi Koreyada keçirilən hərbi təlimlərdə “B-1B”lərdən istifadə edəcək
ABŞ bu gün Cənubi Koreyada keçirilən hərbi təlimlər zamanı strateji bombardmançı təyyarələrdən istifadə edəcək.
Şimali Koreyanın müttəfiqlərin təlimlərinə etiraz olaraq son günlər bir çox silah sınaqları keçirməsindən sonra ABŞ Hərbi Hava Qüvvələri ABŞ-Koreya hərbi təlimləri zamanı “B-1B” strateji bombardmançı təyyarələrini yerləşdirəcək.
Qeyd olunur ki, birgə hava təlimləri bazar ertəsindən davam edir və KXDR-in təxribatlarına cavab olaraq bir gün də - şənbə gününə uzadılıb.
“B-1B” 2017-ci ildən sonra ilk dəfə ABŞ-Koreya təlimlərində istifadə olunacaq. 
Mənbə: Reuters
Gundelik-Baku.Org