Yaponiyanın İmperatorunda xəstəlik aşkarlandı

Yaponiyanın İmperatorunda xəstəlik aşkarlandı
62 yaşlı Yaponiya imperatoru Naruhitoda prostat vəzinin hiperplaziyası aşkarlanıb.
Bu barədə Yaponiyanın "Kyodo" agentliyi məlumat yayıb.  
Bildirilir ki, Naruhitonun vəziyyəti hazırda yaxşıdır, o, mümkün fəsadları yoxlamaq üçün əlavə müayinələrdən keçir. 
Naruhito 2019-cu il mayın 1-də taxta çıxıb.
Bundan əvvəl Yaponiyanın fəxri İmperatorunda dərin damar trombozu diaqnozu qoyulmuşdu.
Gundelik-Baku.Org