Əlcəzair və Rusiya birgə hərbi təlim keçirir

Əlcəzair və Rusiya birgə hərbi təlim keçirir
Əlcəzairin Müdafiə Nazirliyi Aralıq dənizində Rusiya ilə 4 günlük birgə hərbi təlimin başladığını açıqlayıb.
Xarici KİV xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, "Rusiya donanmasına aid bir qrup döyüş gəmisi 2022-ci il ortaq dəniz təlimini keçirmək üçün Əlcəzair limanına yanaşdı", - qeyd olunub.  
Təlimin Əlcəzair Milli Xalq Ordusu Hərbi Dəniz Qüvvələri ilə Rusiya Hərbi Dəniz Qüvvələri arasında ikitərəfli hərbi əməkdaşlıq əlaqələrinin gücləndirilməsi çərçivəsində həyata keçirildiyi vurğulanaraq, birgə hərbi dəniz təliminin 4 gün davam edəcəyi bildirilib. 
Bəyanatda təlimlə bağlı əlavə təfərrüatlar verilməyib.
Gundelik-Baku.Org