NATO-nun genişmiqyaslı hərbi təlimi başladı

NATO-nun genişmiqyaslı hərbi təlimi başladı
Hollandiyada NATO-nun "Falcon Autumn" adlı irimiqyaslı hərbi təlimi başlayıb.
Bu barədə ölkənin müdafiə nazirliyi oktyabrın 31-də bildirib.
"Növbəti üç həftə ərzində Almaniya, Hollandiya, Polşa və ABŞ-dan olan əsgərlər genişmiqyaslı hava əməliyyatlarına hazırlaşacaqlar. Ümumilikdə təlimlərdə 37 helikopter və 1000-dən çox hərbçi iştirak edir", - deyə nazirlik açıqlayıb. 
Qeyd olunur ki, helikopterlər noyabrın 18-dək (bazar günü istisna olmaqla) Drente, Frisland, Qroningen, Gelderland, Limburq və Cənubi Hollandiya əyalətlərinin müxtəlif məntəqələri üzərində uçuşlar həyata keçirəcək.
Təlimlər zamanı müxtəlif ssenarilərin hazırlanması zamanı quru qoşunları təlim sursatı və tüstü bombalarından istifadə edəcək. Həmçinin təlim zamanı NATO ərazisini qorumaq üçün tez bir zamanda yerləşdirmə, yerdəyişmə və hərbi düşərgə qurmaq bacarıqları işlənəcək.
Gundelik-Baku.Org