"Rusiyaya qarşı sanksiyaları davam etdirəcəyik" - Kişida

"Rusiyaya qarşı sanksiyaları davam etdirəcəyik" - Kişida
Yaponiya Rusiyaya qarşı sanksiyaları davam etdirəcək və Ukraynaya kömək edəcək.
Bunu Yaponiyanın Baş naziri Fumio Kişida parlamentdəki çıxışı zamanı bildirib. 
"Müharibənin başlanmasından yarım il keçir... İlhaq cəhdləri və qismən səfərbərlik vəziyyətin yeni mərhələyə keçdiyinə işarədir. Rusiya zorakılığı dünya hüquqi nizamının əsaslarını sarsıdır. Biz Rusiyaya qarşı sanksiyaları və Ukraynaya yardımı qətiyyətlə davam etdirəcəyik", - Kişida bildirib.
Gundelik-Baku.Org