Polşada genişmiqyaslı hərbi təlimlər başladı

Polşada genişmiqyaslı hərbi təlimlər başladı
Polşada Vişeqrad qrupu ölkələrinin bu il ən böyük hərbi manevrləri olan “Puma-22” hərbi təlimləri başlayıb.
Bu barədə 18-ci mexanikləşdirilmiş diviziyanın mətbuat katibi mayor Przemislav Lipçinski məlumat verib.
Təlimlərdə Vişeqrad qrupu ölkələrinin bölmələri ilə yanaşı, Böyük Britaniya və ABŞ-ın müttəfiq bölmələri də iştirak edir. Təlimlərin əsas icraçısı 21-ci Əlahiddə Dağ Atıcı Briqadası olsa da, 18-ci Əlahiddə Mexanikləşdirilmiş Diviziyanın digər bölmələri də təlimlərə cəlb olunub. Manevrlərdə 2000-ə yaxın hərbçi və 300-ə yaxın texnika iştirak edir.
“Təlim noyabrın 9-dək davam edəcək. Onlarda Polşa, Çexiya, Slovakiya və Macarıstandan olan hərbçilər, eləcə də şərq sərhədimizdəki vəziyyətlə əlaqədar Subkarpatiyada olan ABŞ və Böyük Britaniyadan olan müttəfiqlər iştirak edirlər”, - 18-ci OMBr-nin mətbuat xidməti bildirib.
Gundelik-Baku.Org