Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başladı

Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başladı
Oktyabrın 24-də Cənubi Koreya donanması Sarı dənizdə həm quru qoşunları və hava qüvvələri, həm də sahil mühafizə qüvvələri ilə genişmiqyaslı hərbi təlimlərə başlayıb. 
"Yonhap" agentliyi xəbər verir ki, ABŞ hərbçilərinin iştirakı ilə keçirilən təlimlər dörd gün davam edəcək. 
Təlimlər dənizdə xüsusi əməliyyatlara qarşı mübarizə və Koreyalararası sərhəd yaxınlığında Şimali Koreyanın təxribatlarına cavab vermək üçün ölkə silahlı qüvvələrinin birgə əməliyyat imkanlarını artırmaq məqsədi daşıyır. Hərbi toplanışa 20-dən çox döyüş gəmisi, o cümlədən eskadra minaaxtaran gəmiləri və Aegis freqatları, həmçinin helikopterlər, F-15K və F-16 qırıcıları və A-10 hücum təyyarələri cəlb edilib.
Gundelik-Baku.Org