Cənubi Koreya irimiqyaslı hərbi təlimlərə başladı

Cənubi Koreya irimiqyaslı hərbi təlimlərə başladı
Cənubi Koreyanın donanması Sarı dənizdə quru qoşunları, hava qüvvələri və sahil mühafizəsi, həmçinin ABŞ ordusunun iştirakı ilə genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Təlim oktyabrın 18-dən 28-dək davam edəcək. Təlim üsusi əməliyyatlara qarşı çıxmaq və onlara cavab vermək üçün Koreyalararası sərhəd yaxınlığında dənizdə ordunun birgə əməliyyat imkanlarını inkişaf etdirmək məqsədi daşıyır. Təlimdə 20-dən çox döyüş gəmisi, o cümlədən Aegis esminesləri və freqatları, həmçinin helikopterlər, F-15K və F-16 qırıcıları və A-10 hücum təyyarələri iştirak edir.
Bundan əvvəl Cənubi Koreya ordusu Cənubi Koreyanın dəniz ərazisini işğal edən Şimali Koreya ticarət gəmisinə 20-yə yaxın xəbərdarlıq atəşi açdıqlarını bildirmişdi. Sahil müdafiə bölmələrinin MLRS sistemlərindən "xəbərdarlıq atəşi" açılmışdı.
Gundelik-Baku.Org