Rusiya Yaponiyanın sülh çağırışını rədd etdi

Rusiya Yaponiyanın sülh çağırışını rədd etdi
Kreml İkinci Dünya Müharibəsindən sonra Yaponiya ilə sülh müqaviləsinin müzakirəsi ehtimalını rədd edib.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. 
"Yaponiya ilə İkinci Dünya Müharibəsindən sonra heç vaxt imzalanmamış sülh müqaviləsinin bağlanması şərtlərinin müzakirəsi Tokionun Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyi və Ukraynaya hərbi yardım göstərdiyi bir şəraitdə mümkün deyil", - Peskov deyib.
Qeyd edək ki, bundan öncə Yaponiyanın Baş naziri Fumio Kişida Rusiya ilə sülh müqaviləsi imzalamaq fikirlərini irəli sürmüşdü. 
Gundelik-Baku.Org