İran Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlərə başlayacaq

İran Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlərə başlayacaq
Yaxın günlərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları ölkənin şimal sərhədləri yaxınlığında - Azərbaycanla sərhəddə yerləşən Araks bölgəsində genişmiqyaslı hərbi təlimlər keçirəcək. 
Bu barədə SEPAH-ın Quru Qoşunlarının komandanı general Məhəmməd Paxpur məlumat verib. 
O bildirib ki, quru qoşunlarının döyüş qabiliyyətinin artırılması üçün illik təlim-məşq toplanışları planına uyğun olaraq keçiriləcək.
Gundelik-Baku.Org