Qan laxtalanmasını artıran QİDALAR

Qan laxtalanmasını artıran QİDALAR
Qan laxtalanması qan plazmasında həll olmuş fibrinogen zülalının həll olmayan fibrin zülalına çevrilməsidir.
Xarici mətbuat xəbər verir ki, qan laxtalanmasının səbəbi yüksək xolesterol, artıq çəki və siqaret ola bilər.
Mütəxəssislər bunun qarşısını almaq üçün yüksək miqdarda K vitamini olan qidalardan imtina etməyi tövsiyə edir. Çünki bu məhsullar qan sıxlığına səbəb ola bilər. Ürək-damar sistemi xəstəlikləri olan, oturaq həyat tərzi keçirən insanlar, yaşlılar daha çox risk altındadır. 
Xüsusilə cəfəri, ispanaq və reyhandan uzaq durmaq lazımdır. Çünki bu qidaların tərkibində həddindən çox K vitamini var. 
Gundelik-Baku.Org